Biznesinizi Excel Fayllarından Çıxarıb Vahid İdarəetmə Sisteminə Keçiririk

Satış, anbar, maliyyə, əməkdaşlar və əməliyyatları biznesinizə uyğun CRM/ERP platformasında birləşdiririk — komandanız daha az vaxtda daha çox iş görür.

CRM ERP Transformation

Excel Cədvəlləri ilə Biznes İdarə Etmək Mümkün Deyil

Bu problemlər tanışdırsa — sistemləşmə vaxtıdır.

Müştəri Məlumatları Dağınıqdır

Müştəri tarixçəsi, əlaqə məlumatları, satış fürsətləri fərqli fayllar və proqramlarda saxlanılır. İtən fürsətlər gəlir itkisinə çevrilir.

Proseslər Əl ilə İdarə Olunur

Sifariş qəbulu, faktura yaradılması, anbar yenilənməsi — hamısı manual. Təkrarlanan əl işi həm vaxt aparır, həm də xəta riskini artırır.

Departamentlər Arasında Əlaqə Yoxdur

Satış, maliyyə, anbar və HR fərqli sistemlərdə işləyir. Real-time data paylaşımı yoxdur, nəticədə xətalı qərarlar verilir.

Hesabatlar Gecikir və Qeyri-Dəqiqdir

Aylıq hesabatlar hazırlamaq günlərlə çəkir. Satış performansı, anbar vəziyyəti, cash flow — anlıq mənzərəni görmək mümkün deyil.

Müştəri Saxlama Nisbəti Aşağıdır

Müştəri ilə əlaqə tarixçəsi izlənmir, follow-up-lar unudulur. Avtomatik xatırlatma və segmentasiya olmadan loyallıq proqramları işləmir.

Ölçəklənmə Problemi

Biznes böyüdükcə Excel və sadə alətlər çökür. 50+ işçi, 1000+ müştəri — bu həcmdə manual idarəetmə mümkün deyil.

50+

Tamamlanmış Layihə

8+

Nəfər Komanda

5+

İl Təcrübə

90 gün

Pulsuz Dəstək

FibonFlow

Sistemləşmənin 4 Mərhələsi

Hər layihə analiz ilə başlayır, test ilə bitir. Sürpriz yoxdur.

1

Biznes Analiz

Hansı proseslərin vaxt apardığını, harada məlumat itdiyini, departamentlər arasında nəyin işləmədiyini birlikdə analiz edirik. Sizə nə lazım olduğunu sənədləşdiririk.

2

Sistem Arxitekturası

Sistemin necə görünəcəyini, hansı modulların olacağını, kimin nəyə daxil ola biləcəyini müəyyənləşdiririk. Siz təsdiqləmədən development başlamır.

3

Modul Development

Sistemi hissə-hissə qururuq — hər 2 həftədə hazır hissəni özünüz test edirsiniz. Dəyişiklik istəsəniz, vaxtında düzəldirik.

4

Miqrasiya, Go-Live & Dəstək

Mövcud məlumatlarınızı yeni sistemə köçürürük, komandanıza təlim veririk, canlıya çıxarırıq. 90 gün pulsuz texniki dəstək daxildir.

CRM Dashboard
Mobile CRM Sync
Fibontech Platform

Hər Sistemə Daxil Olan Funksionallıqlar

Standart olaraq hər CRM/ERP layihəsinə inteqrasiya olunan texniki baza.

İstifadəçi Səlahiyyətləri

Hər işçi yalnız öz işinə uyğun hissəni görür — satış öz müştərilərini, anbardar öz stokunu, rəhbər hamısını. Məlumat təhlükəsizliyi təmin olunur.

Real-Time Dashboard

Satış, maliyyə, anbar — hamısı bir ekranda, real vaxtda. İstədiyiniz göstəricini göstərin, Excel-ə export edin.

Avtomatik Workflow

Sifariş gələndə avtomatik faktura yaransın, məsul şəxsə tapşırıq gedsin, müştəriyə bildiriş çatsın — bütün bunlar əl işi olmadan baş verir.

Hesabat & Analitika

Hazır şablon hesabatlar və ya fərdi hesabatlar. Qrafik və cədvəl formatında. İstəsəniz hər səhər avtomatik email-ə göndərilsin.

Təhlükəsizlik və Tarixçə

Kim, nə vaxt, nəyi dəyişdirdi — tam qeyd tutulur. Məlumatlar şifrələnmiş saxlanılır. İki addımlı giriş (şifrə + SMS kodu) dəstəklənir.

Data Miqrasiya Aləti

Excel, CSV, 1C və digər sistemlərdən məlumatları yeni sistemə köçürürük. Dublikat və xətalı qeydlər avtomatik aşkarlanıb təmizlənir.

Bildiriş Sistemi

Email, SMS, push, in-app bildirişlər. Deadline xatırlatmaları, status dəyişikliyi, kritik hadisələr üçün anında xəbərdarlıq.

API İnteqrasiya

1C, SAP, Salesforce, bank sistemləri, ödəniş şlüzləri — istənilən xidmətlə iki tərəfli əlaqə qururuq. Məlumat avtomatik sinxronlaşır.

Əvvəl və sonra: proses xəritəsi

Sistemləşmə gündəlik iş axınını necə dəyişir.

Əvvəl

  • Məlumatlar ayrı-ayrı Excel fayllarında
  • Sifariş və müraciətlər WhatsApp yazışmalarında itir
  • Kağız sənədlər və imza dövriyyəsi
  • Hesabatlar əl ilə, günlər çəkərək hazırlanır
  • Eyni məlumat bir neçə yerə təkrar daxil edilir

Sonra

  • Bütün məlumat vahid sistemdə
  • Avtomatik workflow — heç bir müraciət itmir
  • Rol əsaslı giriş və rəqəmsal təsdiq axını
  • Real-time dashboard və avtomatik hesabatlar
  • Məlumat bir dəfə daxil edilir, hər yerdə sinxronlaşır

Hazır CRM, yoxsa xüsusi sistem?

Hər iki yanaşmanın real üstünlükləri və məhdudiyyətləri var — dürüst müqayisə edirik.

MeyarHazır CRM (abunə)Xüsusi CRM/ERP
Başlanğıc xərciAşağı — aylıq abunə ilə dərhal başlamaq olurDaha yüksək — birdəfəlik layihə investisiyası
Aylıq xərcİstifadəçi sayı artdıqca artırYalnız hosting və dəstək xərci
FərdiləşdirməHazır funksiyalar çərçivəsində məhduddurProsesinizə tam uyğun qurulur
İnteqrasiyaHazır konnektorlar varsa mümkündürİstənilən sistemlə API səviyyəsində qurulur
Data sahibliyiMəlumatlar provayderin serverlərindədirMəlumatlar tam sizin nəzarətinizdədir
Prosesə uyğunluqProsesiniz sistemə uyğunlaşmalı olurSistem prosesinizə uyğunlaşır
GenişlənməYuxarı tarifə keçməkləYeni modul əlavə etməklə
Texniki dəstəkStandart dəstək paketləri, ümumi növbəSistemi quran komandadan birbaşa dəstək

Dürüst məsləhət: kiçik komanda və standart satış prosesi üçün hazır CRM çox vaxt daha sərfəlidir. Xüsusi sistem prosesləriniz spesifik olduqda, inteqrasiya tələbləri artdıqda və hazır həllər prosesə uyğun gəlmədikdə özünü doğruldur. Pulsuz proses analizində hansının sizə uyğun olduğunu açıq deyirik — hətta cavab "hazır CRM alın" olsa belə.

Uğur Hekayələri

Real bizneslərin real nəticələri.

Satış CRM — Ticarət Şirkəti, Bakı

Satış komandası üçün fərdi CRM sistemi: lead-lər Excel və WhatsApp əvəzinə vahid pipeline-da toplandı, status dəyişiklikləri və follow-up xatırlatmaları avtomatlaşdırıldı.

React.js.NET CoreSQL ServerWhatsApp API

Klinika İdarəetmə Sistemi — Bakı

Vahid klinika idarəetmə sistemi: xəstə bazası, online randevu, WhatsApp xatırlatma, həkim cədvəli. Aylıq hesabatlar əl ilə yığılmaq əvəzinə sistemdən avtomatik alınır.

ASP.NET CoreReact.jsSQL ServerWhatsApp API

Anbar İdarəetmə Sistemi — Bakı

Stok izləmə, sifariş idarəetməsi, təchizatçı inteqrasiyası, avtomatik aşağı stok xəbərdarlığı. Anbar qalığı artıq real vaxtda görünür, sifariş emalı manual addımlardan azad edildi.

.NET CoreReact.jsSQL ServerREST API

Tez-Tez Verilən Suallar

CRM/ERP layihələri haqqında ən çox soruşulan suallar.

CRM & ERP Həllərimiz

Biznesinizin ehtiyacına uyğun idarəetmə sistemləri — müştəri idarəetməsindən anbar və maliyyəyə qədər.

Bir prosesinizi izah edin — analizini pulsuz hazırlayaq

Hazırkı addımları, vaxt itkisini, avtomatlaşdırıla bilən hissələri, lazımi modulları, inteqrasiya ehtiyaclarını və riskləri sənədləşdirib təqdim edirik. Heç bir öhdəlik yoxdur.