Bakıda UI/UX Dizayn — İstifadəçilər Sevdikdə Biznes Böyüyür
Yaxşı dizayn gözəl görünmür — işləyir. İstifadəçiləriniz məhsulunuzu asanlıqla anlayır, istədiyinə çatır və geri qayıdır. Hər ekran biznes məqsədinizə xidmət edir.

Zəif UI/UX Biznesinizə Nə Bahasına Başa Gəlir?
Texniki cəhətdən mükəmməl işləyən bir məhsul pis dizayn səbəbindən rədd edilə bilər.
İstifadəçilər Anlamadan Çıxır
Ziyarətçi saytınıza gəlir, nə etmək lazım olduğunu anlamır, çıxır. Hər çıxan istifadəçi itirilmiş satış fürsətidir. İstifadəçilərin 88%-i pis təcrübə yaşadıqdan sonra geri qayıtmır.
Developer Qurur, Dizayner Çəkmir
Texniki komanda mükəmməl backend qurur, lakin ön üz 'işləsə bəsdir' mentaliteti ilə hazırlanır. Müştərilər texniki güclü olmayan rəqibin daha rahat məhsulunu seçir.
Brend Tutarsızlığı
Veb sayt bir rəng paletasında, mobil tətbiq başqa, admin panel üçüncü. Şrift dəyişir, ikon stili fərqlənir. Bu vizual xaos brendə olan etibarı birbaşa azaldır.
Müştəri Dəstəyi Yükü Artır
'Bu düyməni harada tapım?', 'Bu formu necə doldurum?' — bu tip sorğular dəstək komandanızın vaxtını alır. Əslində bu xərci yaradan dizayndır, istifadəçi deyil.
Hər İstifadəçi Üçün Əlçatan Deyil
Kiçik şrift, az kontrast, klaviatura ilə idarəolunmazlıq — bu problemlər istifadəçilərin bir hissəsini məhsulunuzdan uzaqlaşdırır. Əlçatan dizayn həm daha geniş auditoriya, həm axtarış motorlarında daha yüksək nəticə deməkdir.
Dizayn-İnkişaf Tərcümə İtkisi
Dizayner Figma-da mükəmməl dizayn hazırlayır, developer fərqli qurur. Komponent sistemi olmadan hər yeni ekranda eyni iş yenidən görülür — vaxt və büdcə artır.
İstifadəçi Konversiyası
Dəstək Sorğuları Azalması
Birinci Baxışda Anlaşılan
İstifadəçi Saxlama Nisbəti
UI/UX Layihəsi Necə Həyata Keçirilir?
Dizayn prosesi şəffaf, iterativ və birgə işdir. Hər mərhələdə sizdən giriş alırıq.
Kəşf (Discover)
Hədəf istifadəçilərinizi, biznes məqsədlərinizi və rəqiblərin yanaşmasını analiz edirik. Dizayn qərarları məlumata əsaslanır, təxminə deyil.
Dizayn (Design)
Naviqasiya strukturunu, ekran sxemlərini, sonra tam vizual dizaynı hazırlayırıq. Hər addımda sizin rəyinizlə cilalanır. Komponent sistemi development başlamazdan hazır olur.
Prototip & Test
Kliklenebilir prototip hazırlayırıq — siz və ya real istifadəçilər test edir. Tapılan problemlər sıralanır, dizayn yenilənir. Development başlamazdan əvvəl hər şey yoxlanılır.
Handoff & Dəstək
Developer komandası üçün tam sənədləşdirilmiş Figma faylı — rənglər, ölçülər, animasiyalar, bütün hallar daxildir. Development prosesində yaranacaq suallara cavab veririk.



Əsas UI/UX Xidmət İmkanları
UX tədqiqatından developer üçün tam sənədlərə qədər tam dizayn prosesi.
UX Tədqiqatı & Müsahibə
Hədəf istifadəçilərlə müsahibə, anket, rəqabət analizi. Nəyi düzgün, nəyi səhv etdiyini məlumat əsasında anlayırıq — dizayn qərarlarınız təxminə deyil, fakta əsaslanır.
Naviqasiya Strukturu & İstifadəçi Axını
Saytın və ya tətbiqin tam xəritəsini çıxarırıq — hansı səhifə haraya aparır, istifadəçi hər addımda nə görür. İstifadəçi heç vaxt 'indi hardayam?' sualı vermir.
Ekran Sxemi & Sürətli Prototip
Əvvəlcə sadə ekran sxemləri hazırlayırıq — ideyanı tez sınayırıq, lazım olursa dəyişirik. 3 gündə kliklenebilir prototip hazır olur. Yanlış istiqamətə baha xərc edilmir.
Tam Hazır Vizual Dizayn
Figma-da piksel-mükəmməl dizayn. Brend rehbərinizə uyğun rəng, şrift, ikon sistemi ilə bütün ekranlar tam hazırlanır.
Responsive & Adaptive Dizayn
Masaüstü, tablet, smartfon — hər ekranda düzgün görünür, düzgün işləyir. İstifadəçilərin 60%-i mobil cihazdan gəlir — mobil dizayna xüsusi diqqət göstəririk.
İstifadəçi Testi & UX Audit
Kliklenebilir prototip üzərindən real istifadəçilərlə test aparılır. Tapılan problemlər sıralanır, həll yolları göstərilir.
Developer Üçün Tam Sənədlər
Rənglər, ölçülər, boşluqlar, hover halları — hər şey Figma-da sənədlənir. Developer soruşmadan qurmağa başlaya bilir.
Design System & Komponent Kitabxanası
Şirkətinizin bütün məhsullarında eyni görünüş üçün standart komponent dəsti qurulur — düymələr, formlar, kartlar, tablolar. Yeni ekran sıfırdan dizayn etmək lazım olmur.
UI/UX Uğur Hekayələri
Real layihələrdən real nəticələr.
Tibb Saytları UI/UX — Dr. Fəridə Axundova
Dermatoloq həkimin 3 saytı köhnə dizaynla işləyirdi. Hər üç sayt üçün vahid vizual üslub quruldu — mobil-first yanaşma, sadə randevu formu. 3 sayt vahid brend görünüşünə gətirildi, Google axtarışında ilk səhifəyə çıxdı.
CRM Admin Panel UI — Satış Şirkəti, Bakı
Fərdi CRM sisteminin admin paneli funksional idi, amma istifadəsi çətin görünürdü. İnterfeys yeniləndi, ən çox istifadə olunan funksiyalar önə çıxarıldı. Yeni işçi öyrənmə müddəti 2 gündən yarım günə endi.
TVNet Taksi — Sürücü & Sərnişin Tətbiqi UI
Taksi tətbiqinin sürücü və sərnişin tərəfi fərqli ehtiyaclara malikdir. Sürücü tətbiqi üçün böyük şrift, az klik; sərnişin üçün minimal addımla sifariş axını dizayn edildi. Google Play-ə uğurla buraxıldı.
UI/UX Haqqında Suallar
Dizayn xidmətimiz ilə bağlı ən çox soruşulan suallar.
UI/UX Dizaynını Tamamlayan Xidmətlər
Dizayn tək başına deyil, inkişaf ilə birlikdə nəticə verir.
İstifadəçilər Sevəcək Bir Məhsul Hazırlayaq
Mövcud məhsulunuzun nəyi çətinləşdirdiyini analiz edək, yeni layihəni sıfırdan dizayn edək, ya da komponent sistemi quraq — pulsuz ilkin görüş üçün əlaqə saxlayın.
