Mobil Tətbiq İdeyanızı Əvvəlcə Yoxlayır, Sonra Bazara Çıxarırıq

Prototip, MVP, backend, admin panel və App Store/Google Play buraxılışını vahid proses daxilində həyata keçiririk. Flutter ilə iOS və Android — tək büdcə, iki platforma.

Mobile Development Process

Mobil Tətbiqsiz Hər Gün Pul İtirirsiniz

Bu problemlərdən ən azı biri sizə tanışdırsa — artıq gecikmisiniz.

Müştərilərinizin 78%-i Mobil Cihazlardadır

Azərbaycanda internet trafikinin 78%-i smartfonlardan gəlir. Mobil tətbiqiniz yoxdursa, bu müştərilər rəqibinizin tətbiqini yükləyir.

Rəqibləriniz Artıq Tətbiqlə Satır

Sektorunuzdakı şirkətlər sifarişi, rezervasiyanı və müştəri ünsiyyətini artıq tətbiq üzərindən aparır. Tətbiqi olmayan biznes bu müştərilərə görünmür.

Veb Saytınız Artıq Kifayət Etmir

Push bildirişlər, offline rejim, biometrik giriş, kamera inteqrasiyası — bunlar yalnız native tətbiqlə mümkündür.

Təkrar Satış Kanalınız Yoxdur

Tətbiq push bildiriş, loyallıq proqramı və bir toxunuşla təkrar sifariş imkanı verir — veb saytda bu kanallar yoxdur və müştəri sizi asanlıqla unudur.

İstifadəçi Loyallığı Düşükdür

Push bildirişlər və in-app loyallıq proqramları olmadan müştəri saxlama nisbəti 20%-dən aşağı düşür. Rəqibləriniz bunu artıq tətbiq edir.

Data İtkisi və Təhlükəsizlik Riski

Müştəri məlumatları, ödəniş tranzaksiyaları şifrələnməmiş kanallarla ötürülür. OWASP standartlarına uyğun mobil təhlükəsizlik vacibdir.

50+

Tamamlanmış Layihə

8+

Nəfər Komanda

5+

İl Bazarda

90 gün

Pulsuz Dəstək

FibonFlow

Nəticəyə Aparan 4 Mərhələ

Hər layihə FibonFlow ilə idarə olunur — siz hər addımı görürsünüz, heç bir sürpriz olmur.

1

Kəşf & Strategiya

Tətbiqin məqsədini, hədəf istifadəçisini və əsas funksionallıqlarını birlikdə müəyyənləşdiririk. Dəqiq timeline, texnologiya seçimi və büdcə çərçivəsi hazırlayırıq.

2

UX/UI Arxitektura

Tətbiqin hər ekranını Figma-da dizayn edirik — siz real görünüşü development başlamazdan əvvəl görürsünüz. Dəyişiklik istəsəniz, bu mərhələdə asandır.

3

Sprint Development

Hər 1–2 həftədə işləyən versiyanı telefona göndəririk — real cihazda özünüz test edirsiniz. Dəyişiklik istəsəniz, vaxtında düzəldirik.

4

QA, Buraxılış & Böyümə

Müxtəlif telefon modellərində test edirik, təhlükəsizlik yoxlaması aparırıq. App Store və Google Play-ə yerləşdiririk, 90 gün texniki dəstək daxildir.

Mobile Analytics Dashboard
App Store Development
Cross-Platform Development

Hər Mobil Tətbiqə Daxil Olan Funksionallıqlar

Standart olaraq hər tətbiqə inteqrasiya olunan texniki bazanız.

Push Bildirişlər

İstifadəçilərə istədiyiniz vaxt bildiriş göndərin — yeni məhsul, endirim, xatırlatma. Hədəfli qruplara ayrı mesaj göndərmək mümkündür.

Offline Rejim

İnternet olmadan da tətbiq işləyir. Bağlantı bərpa olanda məlumatlar avtomatik yenilənir.

Biometrik Təhlükəsizlik

Üz tanıma və barmaq izi ilə giriş. Məlumatlar şifrələnmiş saxlanılır — istifadəçi hesabı etibarlı qorunur.

Ödəniş İnteqrasiyası

Apple Pay, Google Pay, Kapital Bank, ABB və digər yerli bank kartları ilə ödəniş. Beynəlxalq təhlükəsizlik standartlarına tam uyğun.

Cross-Platform Uyğunluq

Flutter ilə iOS və Android — tək dəfə yazılır, iki platformada işləyir. Ayrı-ayrı hazırlatmaqdan təxminən 40% qənaət edir.

Ani Yeniləmələr

Kiçik yeniliklər üçün App Store təsdiqi gözləmədən birbaşa göndərmək mümkündür. Əgər problem yaranarsa, əvvəlki versiyaya qayıtmaq asandır.

Deep Linking & Paylaşma

Paylaşılan link birbaşa tətbiqin doğru səhifəsini açır. Məsələn, məhsul linki paylaşıldıqda həmin məhsul ekranı açılır.

Analitika & İzləmə

Kimin tətbiqi istifadə etdiyini, hansı ekranda nə qədər qaldığını, niyə tərk etdiyini görürsünüz — qərarlarınızı real məlumata əsaslayırsınız.

Pulsuz · İlkin görüşdən sonra

MVP yol xəritəsi — konkret sənəd alırsınız

30 dəqiqəlik görüşdən sonra təxminlər yox, yazılı yol xəritəsi təqdim edirik. Bu sənədlə istənilən developer komandası ilə işləyə bilərsiniz.

MVP Yol Xəritəsi Alın
  • Əsas ekranların siyahısı
  • MVP funksiyaları və nələrin 2-ci mərhələyə qalması
  • İstifadəçi rolları
  • Uyğun texnologiya seçimi
  • Backend və inteqrasiya ehtiyacları
  • Təxmini mərhələlər və risklər

Nəticələr Özü Danışır

Tətbiqlər yaratmırıq — gəlir gətirən rəqəmsal məhsullar yaradırıq.

TVNet Taksi — Sürücü və Sərnişin Tətbiqi

Sürücü izləmə, sifariş idarəetməsi və müştəri tətbiqi — vahid sistemdə. iOS və Android üçün eyni vaxtda buraxıldı. Real-vaxt GPS izləmə və push bildiriş infrastrukturu quruldu.

React NativeExpo.NET CoreGoogle Maps API

Onlayn Mağaza Tətbiqi — Bakı, Pərakəndə Sektor

iOS və Android üçün alış-veriş tətbiqi. Məhsul kataloqu, səbət, online ödəniş, sifariş izləmə. Mobil istifadəçilərin sayta nisbətən alış-veriş faizi artdı.

React NativeNode.jsPostgreSQL

Tibb Klinikası Randevu Tətbiqi — Bakı

Xəstə randevu sistemi, həkim təqvimi, xatırlatma bildirişləri. Mövcud admin panel ilə inteqrasiya. Telefon zəngi ilə randevu azaldı, online sifariş artdı.

React Native.NET CoreSQL Server

Suallarınız Var? Cavablar Burada.

50+ layihədən əldə etdiyimiz təcrübə ilə ən çox soruşulan suallara aydın cavab veririk.

Tətbiqinizin MVP yol xəritəsini birlikdə quraq

30 dəqiqəlik pulsuz görüşdən sonra əsas ekranların siyahısını, MVP funksiyalarını, uyğun texnologiyanı, təxmini mərhələləri və riskləri təqdim edirik. Heç bir öhdəlik yoxdur.